Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova təşəkkür edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.T.Ərdoğan fikirlərini belə ifadə edib:
"Azərbaycanın millət vəkili Səməd Seyidova AŞ PA-da qətiyyətli davranışına və Türkiyənin terrorçulara qarşı keçirdiyi "Zeytun budağı" əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkür edirəm".
Prezident bildirib ki, "Zeytun budağı" yalnız və yalnız terrorçulara qarşı keçirilən hərbi əməliyyatdır.
Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Xatırladaq ki, S.Seyidov Strasburqda Türkiyənin "Zeytun budağı əməliyyatını "istila və "müdaxilə kimi adlandıranlara qarşı çıxaraq Türkiyəni müdafiə etmişdi. O, Türkiyənin həyata keçirdiyi hərəkatı İŞİD və PKK terror təşkilatlarına qarşı mübarizə adlandırmışdı.