Bu gün "Space televiziyasında Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində maraqlı anlar baş verib.
Unikal.org xəbər verir ki, verilişdə tamaşaçı qismində qatılan 3 yaşlı Sevgi Çingiz Əhmədovun diqqətini çəkib.
Ç.Əhmədov dərhal onu səhnəyə çağırıb. Qısa söhbətdən sonra aparıcı balaca Sevgiyə "şeir bilirsiz? sualını ünvanlayıb. O, isə "bilirəm deyib. Bundan sonra qızcığaz hansı şeiri deyəcəyini anasından soruşub: "Nə deyim mama? Bu da auditoriyanın gülüşünə səbəb olub.
Bundan sonra 3 yaşlı Sevgi Çingiz Əhmədov üçün mahını oxuyub. Bundan sonra aparıcı 3 yaşlı Sevgiyə bunları deyib: "Ay Sevgi, sən nə qəşəng oxudun. Məsələn, müğənni Elarizdən çox yaxşı oxudun.