27 yaşlı müğənni Edisin hər kəsdən gizlətdiyi sevgilisinin kimliyi bəlli oldu.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, pop ifaçı bu dəfə şəxsi həyatı ilə səs-küy yaradıb.

O, litsey illərindən tanış olduğu Aylin Önce ilə sevgilidir. On ildir birlikdə olan cütlük tez-tez küssə də, heç vaxt ayrılmayıb.

"Bizim münasibətimiz 10 ildir qırılmayan bir bağdır. Ayrıldığımız vaxtlar olsa da, qala bilməyib bir-birimizə qayıtdıq. O, həyatımdan heç vaxt çıxmayacaq" deyə, Edis bildirib.