Braziliyanın Fortoleza şəhərində gecə klubunda atışma nəticəsində 18 nəfər ölüb, 6 nəfər isə yaralanıb. 

Unikal.org-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, insident nəticəsində ölənlərin əksəriyyəti qadındır. Şahidlərin sözlərinə görə, kluba hücum etmiş 15-dək silahlı şəxs üç avtomobildə hərəkət edib.

Polis hücumun «Guardianes del Estado» cinayətkar qrupun üzvləri tərəfindən törədildiyini ehtimal edir.