4 qat dünya, 13-cü dəfə Avropa çempionu Rafael Ağayev (-75 kq) növbəti medalını qazanıb. Unikal.org xəbər verir ki, 33 yaşlı idmançı Fransanın paytaxtı Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirinin gümüş mükafatçısı olub. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev finala qədər 5 rəqibini məğlub edib. Həlledici görüşdə yaponiyalı Ken Nişimura ilə üz-üzə gələn karateçimiz tatamini məğlubiyyətlə tərk edib. Bununla da karatenin "birilliantı" "Kiçik dünya çempionatı adlandırılan Paris Premyer Liqasında gümüş medal qazanıb. 

Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirində 81 ölkədən 756 idmançı mübarizə aparıb.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə yeddi yarışlıq nüfuzlu Premyer Liqa seriyasından növbəti turnir, 16-18 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.