"Bu yaşıma qədər çox gənc aktyorlara xoş münasibət bəsləsəm də sonradan cızığından çıxıblar.
Unikal.org xəbər verir ki, bu sözləri bu gün "Space televiziyasında "Yerimdəyəm verilişində "xoş münasibətlər mövzusu müzakirə olunan zamanı aktyor, aparıcı Çingiz Əhmədov bildirib.
O təəssüflə qeyd edib ki, onun bu münasibətindən istifadə edən aktyorlar çox olub:
"Xoş münasibət göstəmişəm. Gəlib hansısa həddə çatandan sonra cızığından çıxıblar. Elə biliblər ki, belə də olmalıdır.