Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistana rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Nümayəndə heyətinin təkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "Azərbaycan Dəmir Yolları QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin yüksək səviyyəli təmsilçiləri daxildir.
Qeyd edək ki, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov 2014-cü ildə Azərbaycanda rəsmi səfərdə olub.
R.Meredov 2017-ci ildə isə Bakı şəhərində keçirilmiş Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü çərçivəsində Azərbaycana səfər edib.