Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
XİN-dən Unikal.org-a daxil olan məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistan Respublikasına rəsmi səfər çərçivəsində prezident Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Elmar Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.
Prezident Qurbanqulu Berdiməhəmmədov salamlarının və ən xoş arzularının İlham Əliyevə çatdırılmasını xahiş edib.
Görüşdə Türkmənistan Prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri və iki ölkənin dövlət başçıları səviyyəsində yüksək siyasi dialoqun ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi qeyd olunub.
Nazir Elmar Məmmədyarov artıq fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin işə düşməsinin region ölkələri arasında nəqliyyat imkanlarını əsaslı dərəcədə artırdığını diqqətə çatdırıb.