Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Unikal.org xəbər verir ki, diplomatik mənbələrdən APA-ya məlum olub ki, səfər fevralın 9-na nəzərdə tutulur.
Səfərin məqsədi Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak etməkdir.
E.Məmmədyarovun Avropa İttifaqında bir sıra görüşləri də planlaşdırılır.
Görüşlərdə Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığı nəzərdə tutan saziş üzrə müzakirələr aparılacaq.