Baş nazirin müavini Əli Əhmədov məzarlıqlarla bağlı qaydaların qəbulunun gecikməsinə aydınlıq gətirib.
Unikal.org-un məlumatına görə, Ə. Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, sənəd konseptual olaraq hazırlanıb.
Baş nazirin müavini bildirib ki, sənədin son variantının hansı formatda ortaya çıxması ilə bağlı müxtəlif yanaşmalar olub: "Bununla əlaqədar bütün fərqli baxışlar uyğunlaşdırılıb. Sənəd yaxın vaxtlarda imzalanacaq".