Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası başlayıb.

Unikal.org-un xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın dövlət himni səsləndirilib.

Plenar iclasın gündəliyinə 15 məsələ daxildir.

Bunlar "Sosial sığorta haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Peşə təhsili haqqında", "Dərman vasitələri haqqında, "Terrorçuluğa qarşı mübarizə haqqında", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunları, İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, iclasda parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi və Milli Məclisin 2018-ci ilin yaz sessiyası üçün qanunverici işlər planı təsdiqlənəcək.