Prezident İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamda milli teatr sənətinin inkişafında özünəməxsus mövqeyə malik Mingəçevir Dövlət Dram Teatrının 50-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə teatrın yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.