Azərbaycan Prezidenti İlham Əliyev Tağı Əhmədovun 2-ci dərəcəli "Əmək ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tağı Məhəmməd oğlu Əhmədov 2-ci dərəcəli "Əmək ordeni ilə təltif edilib.