Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib.

Unikal.org bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm".