Suriyada Rusiyaya məxsus olan "Su-25 hərbi təyyarəsi vurulduqdan sonra pilot katapult edib, lakin o terrorçuların nəzarət etdiyi əraziyə düşüb.

Unikal.org xəbər verir ki, yerə enən pilot "Nüsra cəbhəsi terror qruplaşmasının yaraqlıları ilə döyüşüb.

O terrorçulara əsir düşməmək üçün özünü partladıb.

Qeyd edək ki, şənbə günü Suriyanın İdlib şəhəri yaxınlığında Rusiyaya məxsus olan "Su-25 hərbi təyyarəsi vurulub.