Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasında Ramiz Yaqub oğlu Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsi məsələsinə baxılacaq.
Unikal.org report-a istinadən xəbər verir ki, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.
Layihə ilə Ali Məhkəmənin hakimi səlahiyyətləri müddəti 2018-ci il fevralın 25-də bitən Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsinə baxılması tövsiyə olunub.
Layihə səsvermədən keçərsə, qərar 2018-ci il fevralın 25-də qüvvəyə minəcək.
Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür.