"Rusiya və Azərbaycan arasında humanitar dialoq mükəmməl şəkildə inkişaf etdirilir".

Unikal.org-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

M. Zaxarova deyib ki, bu istiqamətdə bir sıra konsertlər, sərgilər təşkil olunur, müxtəlif mədəni mübadilələr aparılır: "Biz Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin 25 illiyini həm Xarici İşlər Nazirliyinin, həm də səfirliklərimizin xətti ilə qeyd etdik. Bizim insanlarımızı bir-birinə ortaq tarix, mədəniyyət və ənənələr bağlayır".