Müsavat Partiyasını aprelin 11-də keçiləcək növbədənkənar seçkilərdə namizəd irəli sürməyəcək.

Unikal.org  xəbər verir ki, bununla bağlı qərar partiya Məclisinin bu gün keçirilmiş iclasında qərar qəbul edilib.

Seçkidə iştirak etmməməyin səbəbləri kimi aşağıdakılar göstərilib:

"Seçkilərin növbədənkənar keçirilməsi ilə bağlı yaranmış problemlər, o cümlədən Seçki Məcəlləsində dəyişikliklərin edilməsi ilə əlaqəli təkliflərin nəinki qəbul olunması, hətta müzakirə olunması üçün vaxtın qalmaması, beynəlxalq müşahidənin təşkil edilmə imkanlarının aradan qaldırılması, seçici siyahısının dəyişdirilməsinin mümkünsüzlüyü-ümumiyyətlə seçkilərin növbədənkənar keçirilməsinin izah edilməməsi".

Qeyd edək ki, İsa Qəmbər Müsavatın 2014-cü ilin sentyarında keçirilmiş qurultayında partiyanın prezidentliyə namizədi elan olunmuşdu.