Zərdab rayonunda bədbəxt hadis baş verib.
Hadisə bu gün Zərdab Elektrik Şəbəkəsi Müəssisəsində baş verib.
Belə ki, Zərdab rayonunun Yarməmmədli kənd sakini, 32 yaşlı Qoşqar Mahmud oğli Vahidovu iş vaxtı ehtiyatsızlıq ucbatından elektrik cərəyanı vurub. Ağır vəziyyətdə Zərdab Rayon Mərkəzi Xəstəxanasına gətirilən Q.Vahidov ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Bakıyə aparılıb.
Zərdab Elektrik Şəbəkəsi Müəssisəsinin müdiri Faiq Həmzəyev "Report"a faktı təsdiqləyərək, məzuniyyətdə olduğundan hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi barədə hələlik dəqiq məlumatı olmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.