Rusiya Mərkəzi Kommersiya Bankının Başqırdıstan regionu üzrə direktoru Ufadakı mənzilinin blokunda ölü tapılıb.

Unikal.org azadliq.org-a istinadən bildirir ki, polisin məlumatına görə, Aleksandr Potyomkinin meyidini mayın 4-də qonşuları pilləkəndə aşkar ediblər.

Versiyalara görə, o özünü güllələyib.

İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb, araşdırma gedir.

Potyomkin bu vəzifədə 2011-ci ilin oktyabrından işləyirdi.