Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası bu həftə keçiriləcək.
Unikal.org-un xəbərinə görə, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.
Xatırladaq ki, bu il Əfv Məsələləri Komissiyasının 3 iclası keçirilib, daxil olan 1000-dək müraciətdən 300-nə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.