ABŞ prezidenti Barak Obama 28 yaşlı zabit tərəfindən məhkəməyə verilib.
"New York Times" xəbər verir ki, ABŞ ordusunun zabiti Natan Maykl Smit Obamanı İŞİD terrorçu qruplaşmasına qarşı hərbi kampaniya keçirmək barədə göstərişinə görə məhkəməyə vermək qərarına gəlib.
Küveytdə xidmət etmiş Smit bildirib ki, ümumilikdə İŞİD-ə qarşı mübarizəni dəstəkləyir. Lakin hərbi əməliyyatların keçirilməsinə dair konqresdən lazımi icazənin alınmaması faktı onu bu addımı atmağa məcbur edib.
Qeyd edək ki, Barak Obama 2001-ci il 11 sentyabr terror aktından sonra konqresin "Əl-Qaidə" terror qruplaşmasına qarşı mübarizə barədə təsdiq etdiyi sənədin ona İŞİD-ə qarşı kampaniya keçirmək səlahiyyəti verdiyini bildirib. Obamanı tənqid edənlər isə hesab edirlər ki, hazırki kampaniya bu icazənin çərçivəsindən kənara çıxır.(AzNews.az)