Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əmrinə əsasən Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Abbasova Zivər Aydın qızı tutduğu vəzifədən azad edilib.
Unikal.org xəbər verir ki, bu barədə "Report"a idarənin mətbuat xidmətindən məlumat verilib.
İdarənin digər əmrini rəhbər tutaraq vəzifə və öhdəliklərini tam icra etmədiyi üçün 2 nömrəli Maliyyə və İqtisadi Regional Bölməsinin müdiri - baş mühasibi Adımov Mehman Nəriman oğluna töhmət verilib.