Türkiyənin məşhur aktyoru, komediya filmləri ilə tanınan, 1 həftə əvvəl evində əsəb sarsıntısı keçirdiyi üçün ruhi xəstəxanaya yerləşdirililən Şafak Sezer ötən gün jurnalistlərə sağlamlığı ilə bağlı açıqlama verib.
Hz. Yuşa Təpəsindəki türbəyə gedərək dua edən aktyor jurnalistlərlə söhbət edib.
"2 gün xəstəxanada qaldım. 2 gündür, yanımdakı insanlarla birlikdəyəm. Sizcə, dəliyəm? Əsəbləşsəm, hər kəsi dişləyərəm. Hər gün serial, film çəkilişləri oldu, fasiləsiz işlədim. Özümə heç vaxt ayıra bilmədim. Çox yoruldum. 12 ildən yığılıb qalan stress, əsəb idi. Uşaqlıq dostumu da itirdim. Hər şey üst-üstə gəldi. Müalicə aldım. Yaxşıyam".
Qeyd edək ki, aktyorun açıqlamadan sonra halı pisləşib. Huşunu itirən Şafak yenidən xəstəxanaya yatırılıb.(Milli.Az)