Müğənni Nadir Qafarzadə Moskvada özünə təmtaraqlı ad günü keçirib.

Unikal.org xəbər verir ki, dünən məşhur müğənni Nadir Qafarzadə 47 yaşını tamamlaması münasibəti ilə dostlarını əhatəsinə toplayıb. Nadiri təbrik etməyə gələnlər arasında Rəqsanə və məşhur ekstrasens Zirəddin Rzayev də olub.

Nadir Qafarzadə ad günü mərasimindən çəkilən görüntüləri "instagram" səhifəsində paylaşıb. Müğənninin xanımı ilə şıdırğı rəqsi diqqət çəkib. O həmçinin həmkarı Rəqsanə ilə də rəqs edib.