Amerika Milli Səhiyyə İnstitutu Filadelfiyadan olan biotexnoloji kompaniyaya ölmüş insanları həyata qaytarmaq üçün eksperimentlər keçirməyə lisenziya verilib.
Rusiyanın NTV telekanalının yaydığı xəbərə görə, "ReAnima" adlı layihə bir neçə ay davam edəcək. Sınaqlar Hindistanda, yerli həkimlərlə əməkdaşlıq şəraitində keçiriləcək.
Eksperimentin 20 iştirakçısı baş-beyin xəsarətlərinin səbəb olduğu klinik ölüm vəziyyətindədir. Onlar süni həyat təminatı aparatlarına qoşulsalar da, sənədlərə əsasən həyatını itirmiş sayılırlar.
Alimlər ölmüş beyin hüceyrələrini və mərkəzi sinir sistemini bərpa edərək onları həyata qaytarmağın mümkünlüyünü aydınlaşdırmaq istəyirlər.(AZƏRTAC )