Türkiyədə ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu xəstəxanaya yerləşdirilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP liderinin sidik yollarında problem yaranıb.

CHP-dən verilən açıqlamada K. Kılıçdaroğlunun əməliyyat olduğu bildirilib. Vəziyyəti hazırda yaxşıdır, qısa zaman ərzində xəstəxanadan çıxarılması gözlənir.