Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən müstəqil jurnalist Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 13-ə qalıb.
 
Qeyd edək ki, müstəqil jurnalist Abuzər Cəfərov keçən il Şamaxıda tutulub. Onun barəsində 7-8 nəfər şikayət edib. Abuzər Cəfərov həmin şəxslərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib. A.Cəfərov "Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansı ilə əməkdaşlıq edib. O, bundan qabaq da məhbusluq həyatı yaşayıb.