Körpəliyindən Nurlanənin başı bəlalar çəkib. 9 aylığında anası ilə birgə erməni cəlladlarına girov düşüb. Həmin vaxt anası yenə hamilə imiş. Erməni cəlladları iyrənc məqsədlərini həyata keçirmək üçün Nurlanənin anasını hamiləlikdən azad etməyə çalışıblar. Zorakılıqla əməliyyat keçirərək bətnindəki körpəni öldürüblər. Anası ermənilərin iyrənc məqsədini anlayıb. Damarlarını doğrayaraq intihar etmək istəyib. Lakin, onu xilas ediblər. Daha sonra isə zavallı ana öz namusunu qorumaq üçün özünü asaraq intihar edib.
Girovluqda qaldığı müddətdə Nurlanəyə orada girov saxlanılan azərbaycanlı qadınları baxırmış. 9 aylıq körpə ac olduğu üçün ağlayırmış. Erməni hərbçiləri avtomatla başına vurublar, gözləri tutulub…
Qeyd edək ki, ötən il parlament seçkisi kampaniyası zamanı millət vəkili Azay Quliyevin gənclərlə görüşünə qatılan Nurlanə Hümbətova görüşdə iş üçün müraciət etmişdi. Seçkidə sonra Azay Quliyev Nurlanəni qəbul etmiş, Təhsil Nazirliyi ilə danışaraq onun işlə təmin olunmasına dəstəyini göstərmişdi. O vaxtdan, Nurlanə Nərimanov rayonunda yerləşən gözdən əlillər məktəbində tarix-coğrafiya müəllimi dərsini tədris edir.
Xocalı soyqırımının ildönümü ərəfəsində Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı ilə birlikdə Nurlanənin dərs dediyi məktəbdə olduq, işi ilə maraqlandıq.
- Nurlanə, özünü işdə necə hiss edirsən? Uyğunlaşmısanmı artıq?
- Çox xoşbəxtəm, çox sevincliyəm. Anlada bilməyəcək qədər xoşbəxtəm. Xəyallarım gerçək oldu. Mən çox çətin şəraitdə böyümüşəm. Bəlkə də başqalarına müəllimə olmaq elə də çətin bir iş deyil. Amma mənim üçün möcüzədir. Mən Laçın rayonunda doğulmusam. 1 yaşımda Qarabağ müharibəsi başladı. Və mənim anam orada şəhid oldu. Görənlər danışırlar kı, ermənilər mənim boynumun arxasından zərbələr vurdular, bunun nəticəsində mən görmə qabilliyyətimi itirdim. Kiçik qardaşımla Bakiya gəldik və nənəmin himayəsində yaşadıq.
- Bu illərin ağrılığı sizi həvəsdən saldığı oldumu?
- Xeyr. Əsla. Qardaşım və mən ikimiz də oxuduq. Mən 5 nömrəli Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində dərs aldım. Görmə qabiliyyətim olmadığı üçün nənəm hər gün məni məktəbə apardı-gətirdi. Bu məktəbi bitirdim və Azərbaycan Dövlət Pedoqoji Universitetə daxil oldum. Hər gün Allaha daha da sükür etdim. Müəllimlik peşəsinin incəliklərinə qədər yiyələnməyə çalısırdım. Bizim görmə məhduiyyətimiz olduğu üçün sağlam usaqlara dərs demək imkanım yox id. Ona gorə elə burada oxuduğum müddətdə özümü müəllimə kimi elə bu məkrtəbdə görürdüm. Hələ məktəb illərində müəllimə olmaq mənim üçün bir arzu və möcüzə idi.... Universiteti bitirdim nə qədər iş müraciət edirdim qəbul olunmurdum. Və bir gün...
- Allah dualarını eşitdi...
- Mənim həyatımda dönüş nöqtəsi oldu. Hörmətli millət vəkili Azay Quliyevin seçki kampaniyasında gənclərlə görüş olacağını dedilər. Mən də qoşuldum. Gənclər problemlərini deyirdilər. Söz istədim və işsiz olduğumu iş istədiyimi dedim. Amma, açığı inanmirdim ki, bu arzum qısa vaxtda həyata keçər. Hörmətli millət vəkili Azay Quliyevin qəbulunda da oldum. Və bir gün mənə zəng etdilər ki, səni işə qəbul edirik... O anda sevincimdən səsim tutuldu.
- İş rejimin necədir?
Həftənin 3 gününü çalışıram. 9 saat dərsim var. Arada pəncələrim də olur. Nənəm, xalam ya da qardaşım gətirir. Müşfiqabad qəsəbəsindən gəlirəm. Məsafə uzaqdı.
- İlk iş gününüz də həyəcan vardımı ?
Dərs aldığım məktəbdə işə gəldim. Məktəb direktoru çox mehribanlıqla məni qarşıladı. Tədris müəsisə mudiri məni sagirdlərə təqdim etdi. Usaqlarla təkbətə qaldım. İllərdi arzuladığım işin sahibi olmusdum. Sagirdlərlə taniş olduq və ilk dərsimi keçdim. Bu elə bir hiss idiki anlada bilmirem.
- Qaçdığınız dəhlizlərdə indi şagirdləriniz qaçır. Əyləşdiyiniz parta arxasında indi sağirdləriniz əyləşir. Sizə dərs deyən müəllimlər də, indi həmkarsınızdır. Bu necə hissdir?
- Çox qəribə və xoş hissdir. Mənə dərs deyən müəllimlərlə indi həmkaram. Onlar hələ də məni öyrədirlər, baxmayaraq ki, mən indi müəlliməyəm.
- Gözlərinizin görmə ehtimalı varmı?
- Konsuium olunub gözlərim. Sankt-Peterburqda müalcəsi var. Şəfa verən Allahdı. Amma orada əməliyyat olunsam gözlərim işıq görər.
Mənim bir cətinliyim var, o da ev. İndi yaşadığım yerdən buraya – işə gəlmək çox çətindir. Gözdən əlillər üçün ev növbəsi var, mən dayana bilmirəm. Səbəb odur ki, Bakı qeydiyyatında deyiləm. Yasayış yerim də olsa bir problemim olmaz.
- Sonda sözünüz.
- Mən Təhsil Nazirliyinə, hörmətli millət vəkili Azay Quliyevə, bu məktəbin kollektivinə və mənə kömək edən hər kəsə təşəkkürümü bildirirəm. Mənim kimi səhhətində məhdudiyyəti olanlara səslənmək istəyirəm ki, öz istəklərininizdən imtna etməyin. Mubarizə aparın, təhsil alın. Bir gün xəyallarınız mənim kimi gerçək olacaq. (turkustan.info/)