"Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması nəzərdə tutulur".
Unikal.org azvision.az-a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
Onun sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə ilin sonundan başlanılacaq: "Bu xidmətin Daxili İşlər Nazirliyi tərəfindən verilməsi nəzərdə tutulur. "ASAN Xidmət" Mərkəzlərində Daxili İşlər Nazirliyinin göstərdiyi xidmətlərdən biri də şəxsiyyət vəsiqələrinin verilməsidir. Ona görə də yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlayan andan "ASAN Xidmət" Mərkəzləridə bu xidmət növündən faydalanmaq olacaq".