Romalı Perihan kimi tanınan 74 yaşlı məşhur aktrisa Perihan Benli ötən gecə saat 2-də dünyasını dəyişib.

Bu barədə məlumatı sənətçi Onur Akay yayıb.

Qeyd edək ki,  Romada doğulan və böyüyən Perihan Benli Yılmaz Güney və Zeki Alasya kimi dövrün məşhur aktyorlarıyla eyni filmlərdə rol alıb. 74 yaşındakı Benli Zeki Mürenin ona verdiyi ləqəbə görə "Romalı" olaraq tanınır. Avropa mediasında isə "Peri Han" olaraq məşhurdur.(Milli.Az)