ABŞ-ın Sietl şəhəri (Vaşinqton ştatı) yaxınlığında "Highline kollecində atışma olub.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insidentin kollec ərazisindəki yataqxanada qeydə alındığı bildirilir.

Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Qeyd edək ki, fevralın 14-də Florida ştatının Parkland şəhərində məktəbə edilən hücum nəticəsində 17 nəfər həyatını itirib.