Əgər Azərbaycan atəşkəs rejimini pozarsa, Ermənistan Dağlıq Qarabağın (red.qondarma) müstəqilliyini tanıyacaq.
Belə bir açıqlama ilə bu ölkənin xarici işlər nazirinin müavini Şavarş Koçaryan çıxış edib:
"Əgər Azərbaycan yeni aqressiv addımlar atarsa və atəşkəsi pozarsa, Ermənistan birmənalı olaraq Qarabağı tanıyacaq".
Koçaryan qeyd edib ki, Azərbaycan tərəfindən hərbi əməliyyatlar yenilənərsə, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istimqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini başa çatmış hesab etmək olar:
"Ermənistan birmənalı olaraq hesab edir ki, sülh prosesinin alternativi yoxdur".(Qafqazinfo)