Almaniya hakimiyyəti marixuanadan tibbi məqsədlər üçün istifadəyə icazə verib.
Unikal.org xəbər verir ki, yeni qanuna görə, ağır xəstələr həkimin resepti əsasında marixuana əldə edə bilər.
Sənədə görə, bütün apteklərdə narkotik maddələrin satışına icazə veriləcək. Buna görə bütün xərclər isə ölkənin səhiyyə sistemi hesabına ödəniləcək. Lakin sənəd gələn ilin payızında qüvvəyə minəcək. Hazırda isə Almaniyada xərçəng, QİÇS, Parkinson xəstəliklərindən əziyyət çəkən xəstələr yalnız xüsusi icazə əsasında, həm də öz şəxsi vəsaitləri hesabına istifadə edə bilər.
Onu da qeyd edək ki, marixuanadan tibbi məqsədlər üçün istifadəyə icazə verən qanunlar bir sıra Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarında qüvvədədir