"Xəzər TV"-nin və radiosunun aparıcısı Zaur Azərbaycanda  bir sıra məşhur müğənnilərlə bağlı maraqlı açıqlama verib. 
Unikal.org xəbər verir ki, bu gün Xəzər radiosunda aparıcı olduğu verlişdə Zaur Kamalın qonağı müğənni Niyam Səlami olub. 
Efirə qoşulan dinləyicilərdən biri Niyam Səlamiyə keçmişini tez unutduyunu deyib. O vurğulayıb ki, Niyam Səlami siz niyə demirsiz ki, sizi ilk dəfə efirə Zaur Kamal çıxarıb. 
Niyam Salami: "Mən bunu heç vaxt unutmuram və hər zaman demişəm ki, məni mən edən Xəzər Televiziyası olub. Bunu hər yerdədə səsləndirirəm". 
 
Məsələyə müdaxilə edən Zaur Kamal dinləyicinin fikirlərini dəstəklədiyini deyib: "Nəyinki Niyam, hətta Röya və bir sıra məşhur müğənnilər də ilk dəfə onları efirə mən çağırmışam. Mənim verlişimdə çıxış ediblər. Bununla da onlar Azərbaycanının ən məşhur müğənnilərinə çevriliblər". 
 
Mələk Eyvazlı