Xəbər verdiyimiz kimi, bu gün səhər 6 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada ölənlərdən biri 18 yaşlı Asif Vaqif oğlu Qardaşov BDU-nin tələbəsi olub. Mərhum1-ci kursda oxuyurmuş.

Bu barədə Jurnalistika fakultəsinin dekanı Vüqar Əliyev bildirib.