Xəbər verdiyimiz kimi, Suriyada prezident Bəşər Əsədə bağlı güclər bir neçə saat ərzində Afrinə daxil olacaq. Bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb. 

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin Xarici İşlər Naziri Mövlut Çavuşoğlu açıqlama verib və jurnalistlərə bunu deyib:

"Bu xəbərləri mən bu səhər oxudum. Biz əvvəlcədən dəqiqləşdirilməmiş hər hansısa məsələni şərh etmirik. Bizim "Zeytun budağı əməliyyatının səbəbi məlumdur. Məqsədimiz terroristləri məhv etməkdir. "Fərhat qalxanı əməliyyatı çərçivəsində İŞİD-i təmizlədik. Afrin bölgəsində Türkiyəni təhdid edən YPG-yi təmizləmək üçün əməliyyata başladıq. Biz Suriyanın ərazi bütövlüyünü tanıyırıq. Əsəd rejimi bu əraziyə girməsi üçün əvvəlcədən bir çox suallarımızı cavablandırmalıdır. Əgər Əsəd gücləri bu əraziyə daxil olursa səbəbini açıqlamalıdır. Nə üçün buraya girir? Rejim burada PKK, YPG terroristlərini təmizləmək üçün girirsə problem yoxdu. Əsəd gücləri YPG-ni qorumaq üçün girirsə bizi, Türk əsgərini kimsə saxlaya bilməz. Bu açıqlamam Afrinlə bərabər, Menbiçə də aiddir".