"Əhatəmdə olan qızlar ancaq şou-biznes nümayəndələrindəndir. Mən də bu sahədə olan qızla evlənmək fikrində deyiləm.
Unikal.org xəbər verir ki, "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində "internetdə tanış olub evlənənlərə necə baxırsız?" mövzusunun müzakirəsi zamanı gənc ifaçı Yaşar Cəlilov bildirib.
O deyib ki, şou-biznesdə olan xanımları yaxşı tanıdığı üçün onlarla heç zaman evlənməz:
"Vallah bu sahə ilə məşğul olan adamlar arsında yaxşı insan azdır. Mənim qədər tanıya bilməzsiniz. Mən şou-biznesdə olan xanımları yaxşı tanıyıram. Heç zaman onlarla evlənmərəm.
Mövzuya gəlincə isə Yaşar Cəlilov məsələyə münasibəti fərqli olub:
"İnternetdə tanış olub, evlənən kişi və qadınlara pis baxmıram. 6-7 il bundan əvvəl sosial şəbəkələrdən pis niyyətlərimi həyata keçirmək üçün istifadə edirdim. Hazırda "Instagram, facebook-u sırf reklam olunmağım üçün istifadə edirəm. İnternetdə tanış olub evlənən cütlüklərə də pis baxmıram. Niyə pis baxmalıyam ki? Mənim də xoşuma gələn qız olsa onunla tanış olub evlənərəm. Əsas odur ki, əxlaqı yerində olan xanım olsun. Bəzən oğlanlar sevdiyi qıza üzbə-üz sevgisini etiraf edə bilmir. Amma internetdə ona yazıb sevgisin etiraf edə bilir. Bunun nəyi pisdir ki?
Veirilişdə qonaq olan Bələdiyyə teatırının aktrisası Zülfiyyə Məmmədova da müğəninin interntlə bağlı dedikləri fikiri ilə razılaşsa da şou-biznes nümayəndələri ilə evlənmərəm fikri ilə razılaşmayıb: "Əvvala internet vasitəsilə sosial şəbəkələrdən istifadə etməyə pis baxmıram. Niyə pis baxım ki? Mənim rəfiqələrim var internet vasitəsilə oğlanla tanış olub ailə həyatı qurublar. Digər tərəfdən mən aktrisayam. Xaricdə olan həmkarlarım məni facebook-da görüb bəyənirlər. Onlar filmlərdə oynayırlar. Mənə uyğun hansısa obraz olanda filimdə çəkilməyə təklifdə ala bilərəm. Əsas odur ki, niyyətin düz olsun. Yaşar bəyin şou-biznes nümayəndələri olan qızlarla evlənməz fikri nə isə düzgün baxmıram. Mən aktrisayam. O demək deyil ki, pisəm. Bu gün bizim teatrda onlarla insan həmkarları ilə ailə həyatı qurub. Bunun nəyi pisdir ki? Şou-biznesdə olan ədəbli xanımlarımız var. Bunu hər kəsə aid etmək düzgün deyil
Məsələyə verilişin aparıcısı, əməkdar artist Çingiz Əhmədovun münasibəti kəskin olub: "Sosial şəbəkələrdə yoxam. Mənə belə rahatdır. Sosial şəbəkələri qeybət yerinə bənzədirəm. Bəzən övladlarım haqqımda sosial şəbəkələrdə nəsə yazılanda mənə deyirlər. Əks halda ümumiyyətlə maraqlanmıram. Digər tərəfdən sosial şəbəkələr vasitəsilə tanış olub evlənən cütlüklərə də pis baxıram. Onların evlilik ömrü ona görə, bir aydan artıq çəkmir.