"Telegram messencer xidmətinin istifadəçiləri proqramın işində qüsurlarla qarşılaşıb.

Unikal.org-un məlumatına görə, messencerdə ismarıcların göndərilməsi və alınması prosesində ləngimələr qeydə alınıb.

Qüsurlar həm "Telegramın veb-versiyasında, həm də "Telegram və "Telegram X mobil tətbiqlərində müşahidə olunub.

Qeyd olunur ki, bu qüsurlarla əsasən İtaliya, İspaniya və Fransadakı istifadəçilər qarşılaşıb.

Qeyd edək ki, problem Azərbaycanda "Telegram messencer xidmətindən yan keçib.