Peruda sərnişin avtobusu dərəyə yuvarlanıb.

Unikal.org-un məlumatına görə, qəza nəticəsində azı 30 nəfər həlak olub.

Arekipa regionunda baş vermiş qəzada daha 22 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, avtobus 200 metr hündürlükdən dərəyə düşüb.