Müğənni-bəstəkar Rəhim Rəhimli İradə İbrahimovadan üzr istəyib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, sənətçilər arasındakı incikliyə Rəhimin qarşı tərəfə verdiyi sözü tutmaması olub. İradə Rəhimin ondan bir mahnısının "minisovkasını" istədiyini, sonra efirdə oxuduğunu deyib. Bu da xanım ifaçını küsdürüb.
R.Rəhimli "ATV maqazin onlarlaya açıqlamasında qarşı tərəfdən üzr istəyib:
"Unuduram ki, İradəyə kişi sözü vermişəm. Rafiq Hacıyevlə albom hazırladıq. Xalq mahnısı ifa etməliydik. Rafiq dedi ki, bu mahnını İradə üçün aranjiman etmişəm, zəng et al. Ona yığdım, "Araz axır qıyğacı mahnısının "minisovkasını" aldım. Söz verdim ki, ancaq albomda yer alacaq, efirdə oxumayacam. İcazəsiz efirdə oxudum. Üzr istəyirəm ki, icazəsiz mahnını ifa etdim. İnşallah, məni bağışlayıb.