İdmançı Anar Heydərovla ailəli olan müğənni Zenfira İbrahimova şəxsi həyatı barədə "Show time" verilişində danışıb.
"Elə ən yaxşısı müğənni ilə ailə qurmaqdı. İşləyir, qazanır, yeyirsən. Hər bir ailədə söz-söhbət, dedi-qodu, dava da var. Hətta müsibətlər də qopur, boşqabda atılır. Amma bizim ailədə söz-söhbət mənim sənətimə görə olmur. Ola bilər ki, Anar kobudluq edər, mənim xoşuma gəlməz".
Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Zenfira İbrahimova "Show time" verilişində danışıb.
Sənətçi açıqlamasında həyat yoldaşı ilə aralarında tez-tez mübahisələr olduğunu etiraf edib:
"Sənətlə ailə həqiqətən çətindir. Onu da bacarmaq hər qadının və kişinin işi deyil. İndi eləsi var ki, dünən ailə qurub, əri deyib ki, oxuma, o da razı olmayıb, boşanıb. Bu düzgün deyil. Etibar qazanmaq, hörmət saxlamaq lazımdır. Nə olsun ki, sən çox qazana bilərsən, amma ailədə evinin xanımı, uşaqlarının anası olmalısan.
Mən harasa gedəndə yoldaşım bilir. Çünki özüm öncədən xəbərdar edirəm. Bir az bizim xanım müğənnilərdə adət halını alıb. Azadlığa çıxmaq istəyirlər. Mən də azad yaşayıram. Amma harasa gedəndə yoldaşıma deyirəm. Bəziləri bundan sıxıntı çəkir.
Aramızda yüngül söhbətlər olur. Məsələn arada görürəm ki, Anar instaqramda mesaj bölməsində qızlarla yazışır. Onda da əsəb keçirirəm.