Mövsümün sonunda heyətini yeni hücumçu ilə gücləndirməyi qarşısına məqsəd qoymuş "Real "Tottenhemin forvardı Harri Keynlə maraqlanır.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "kral klubu ingilis hücumçunun transferi üçün 200 milyon avro ödəməyə hazır olduğunu bildirib.
"El Mundonun yaydığı məlumata görə, "Real yay transferləri üçün 300 milyon avro ayıracaq. "Kral klubunun prezidenti Florentino Peres bu məbləğin 200 milyon avrosunu Keynin transferi üçün ayırmaq fikrindədir.
Məlumatda o da bildirilib ki, mövsümün sonunda Qaret Beyl və Kərim Benzemanı satmağı planlaşdıran Madrid təmsilçisinin transfer siyahısında Mauro İkardi və Eden Hazard da var.