"Mançester Yunaytedin keçmiş oyunçusu Teddi Şeringem İngiltərə yığmasının DÇ-2018 perspektivi barədə danışıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Şeringem yığmanın heyətində "Tottenhemin hücumçusu Harri Keyni fərqləndirib. O, yığmanın mundialda uğurlu çıxış edəcəyinə inanmadığını bildirib:
"İngiltərə yığması DÇ-2018-də uğurlu ola bilər? Düzünü deyim ki, yox. Siz turnirin qalibi olmaq istəyirsizsə, onda heyətinizdə dünya səviyyəli minimum 2-3 futbolçu olmalıdı. İngiltərə yığmasında isə cəmi bir belə futbolçu var. O da Keyndi. Digər futbolçular əlbəttə, o qədər də pis deyillər. Ancaq onların bəzisi hətta öz klublarında belə, heyətə düşə bilmirlər. Bu, İngiltərə futbolu üçün faciədi. Yayda İngiltərəyə ağır olacaq.
İngiltərə millisi mundialın qrup mərhələsində Belçika, Tunis və Panama ilə qarşılaşacaq.