Almaniya 2-ci Bundesliqa təmsilçisi "Duysburq maraqlı addımla diqqət mərkəzinə düşüb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "zebraların "İnqolştadtı 2:1 hesabıyla məğlub etdikləri qarşılaşmada komandanın qapıçısı Mark Flekken su içərkən qol buraxmışdı. Klub həmin su qabını hərraca çıxarıb. Bu barədə məlumatı "Duysburqun sosial şəbəkədəki hesabı yayıb. Əldə edilmiş gəlir isə əlil uşaqlara yardım məqsədilə xərclənəcək.
Hərrac martın 4-nə qədər nəzərdə turtulub. Qalib bir gün sonra açıqlanacaq.