Braziliya millisinin və PSJ-nin hücumçusu Neymarın atası oğlunun zədəsindən danışıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Lakin klubun həkimləri onun əməliyyatına ehtiyac olmadığını bildiriblər. Neymarın atası isə oğlunun təcili əməliyyat olunmasını xahiş edib:

"Əməliyyat barədə qərar PSJ rəhbərliyi ilə Braziliya yığmasının həkimləri arasında müzakirələrdən sonra veriləcək. Neymarı təcili əməliyyat etmək lazımdı ki, o, yaşıl meydanlara tam sağlam qayıtsın.

Artıq məsələ ilə bağlı yekun qərar da açıqlanıb. Paris klubunun mətbuat xidmətinin yaydığı son açıqlamaya görə, futbolçu bu həftəsonu əməliyyat olunacaq. Neymarın yaşıl meydanlara dəqiq nə vaxt qayıdacağı isə bilinmir.

Xatırladaq ki, Neymar fevralın 25-də Fransa çempionatının "Marsellə (3:0) oyununda zədələnib.