"Bavariyaa klubunun məşq prosesi zamanı gərginlik yaşanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, fevralın 28-də komandanın açıq məşqi keçirilib. Açıq məşqi təxminən 200 azarkeş izləyib. Məşq zamanı futbolçular arasında qalmaqal baş verib.

Gərginlik Robert Levandovski ilə Mats Hummels arasında yaşanıb. İkitərəfli oyun zamanı bu futbolçular eyni komandada olular.

Qol buraxdıqdan sonra Levandovski Hummelsə iradını bildirib: "Sən tez-tez top itirirsən, bu qədər də olmaz. 

Hummels isə ona sərt reaksiya verib, "Ağzını yum!-deyə cavab verib. 

Məşqdən sonra futbolçular bir-birinin əlini sıxmayıb. "Bavariyanın baş məşqçisi Yupp Haynkes bildirib ki, məşqdə baş verən səhvlərə futbolçularının bu qədər ciddi münasibət göstərməsi xoşuna gəlmir.