Tanınmış bəstəkar Tahir Əkbərin vəziyyəti yenidən pisləşib.
Bu barədə unikal.org-a bəstəkarın həyat yoldaşı məlumat verib.
Bildirib ki, hazırda T.Əkbərin vəziyyəti ağırdır: "Birinci vitse-prezident Mehriban xanımın tapşırığından sonra müayinə və müalicə aparıldı. Həkimlərin səylərinə baxmayaraq, səhhətində heç bir irəliləyiş yoxdur. Günü-gündən durumu daha da ağırlaşır".
Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər insult keçirərək 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun bütün müalicə xərclərini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü.
Zaurə Əmirova