ARB TV-də yayımlanan "Səhər-Səhər verilişinin növbəti qonağı əməkdar artist Firuzə İbadova olub.

Unikal.org xəbər verir ki, əməkdar artist verilişdə maraqlı açıqlamalar deyib. Bildirib ki, mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxanın hələ də ona borcu var:

"Mən hamını ağ günə çatdırmışam. Mən indi öz pulumu niyə ala bilmirəm? Gələn- gedən hər kəs məni aldadır- deyə müğənni bildirib.

Daha sonra Əli Mirəliyev İlhamə Quliyevanın bankda 380 min manat pulu olduğunu bildirib:

"Bankda 380 min pulu var. Hələ brillantlarını, qızıllarını, maşınlarını, bağını, öz evini demirəm. Onun özü günahkardır. Gərək vaxtında borcu ödəyərdi.