"Çelsi rəhbərliyi Alvaro Moratanın çıxışından narazı qalıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ispan hücumçunun son vaxtlar sərgilədiyi oyunla ümidləri doğrultmadığı üçün klub rəhbərliyi onun transferindən peşman olub. London təmsilçisinin baş məşqçisi Antonio Kontenin də 25 yaşlı futbolçuya inamı azalmaqdadır.

Xatırladaq ki, Morata ötən ilin yayında, 66 milyon avro qarşılığında "Realdan transfer edilib.

İspaniya millisinin də üzvü olan futbolçu cari mövsümdə şans qazandığı 35 oyunda 12 qol vurub.